AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

  • + A
  • - A
  • 1-07-2024, 13:43

    Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

    Namiq Novruzov Azərbaycan Deflimpiya Komitəsinin baş katibi təyin edilib.
    Namiq Novruzov 1978-ci ildə Bakıda anadan olub. ABŞ-nin Tumvater orta məktəbini və Centralia Kollecində təhsilini bitirdikdən sonra, müxtəlif illərdə Bakı Dövlət Universitetində (bakalavr), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (bakalavr), Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında (magistr) və İspaniyanın Oberta de Catalunya Universitetində (magistr) təhsil alıb.
    N.Novruzov 1999-cu ildən əmək fəaliyyətinə başlayıb və 25 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin protokol xidməti sektorunun Baş məsləhətçisi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri) çalışıb. Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hüdudlu Sazişi (EPAS) qurumunun İdarə Heyətinin və həmin qurumun Avropa ölkələrinin İdman Xartiyasına uyğunluğunu monitorinq edən Qiymətləndirmə Qrupunun üzvü, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gənclər və idman sahəsinə dair Məşvərət Komitəsinin üzvü və Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi olub. Həmçinin, Bakı 2015 Avropa Oyunları, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində yaxından iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR