2021-ci ilin mart ayında Gürcüstandan Azərbaycana ümumi 1 milyon 424,4 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Azadmedia.Az-ın Gürcüstanın Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin mart ayının göstəriciləri ilə müqayisədə 32,5 faiz çoxdur. Əvvəlki ayın (2021-ci il fevral) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 10,9 faiz artıb.
Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 7 milyon 333,1 min dolları təşkil edib. Köçürmələrin həcmi 2020-ci ilin mart ayı ilə müqayisədə 3,1 dəfə, əvvəlki aya (2021-ci il fevral) nisbətən isə 22,9 faiz artıb.
2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan Gürcüstana ümumilikdə 18 milyon 616,9 milyon dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çox), Gürcüstandan Azərbaycana 3 milyon 845,9 min dollar (7,6 faiz çox) həcminə pul transfert edilib.
Qeyd edək ki, son göstəricilərə əsasən, Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 9-cu pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.