“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olunub. Bu barədə Azəriqaz İB-dən Azadmedia.az-a məlumat daxil olub. Məlumata görə Birliyin baş direktorunun əmri ilə bu vəzifəni Azər Hacıbək oğlu Abasov icra edəcək. A.Abasov bu təyinata qədər “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin öncəki rəisi Rəşad Cavadov isə bu günlərdə Birliyin baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.