AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna ilk dəfə olaraq Macarıstandan qaz idxalına başladı

  • + A
  • - A
  • 1-02-2022, 14:37

    Ukrayna ilk dəfə olaraq Macarıstandan qaz idxalına başladı

    Ukrayna Macarıstandan təbii qazın fiziki idxalını həyata keçirməyə başlayıb. Azadmedia.az xəbər verir ki, GTS Operator of Ukraine MMC-nin baş direktoru Sergey Makoqon bu barədə Facebook-da bildirib.
    “Bu gün tarixdə ilk dəfə olaraq Macarıstandan Ukraynaya qazın fiziki idxalına başlanılıb. Əvvəllər GTS sistemi yalnız Ukraynadan Macarıstana doğru işləyə bilərdi. Texniki tədbirlər sayəsində qazın hər iki istiqamətdə nəqli imkanı yaradılıb.
    İndi Ukrayna həm Slovakiya, həm də Macarıstan ərazisindən qaz ala bilər, hətta Rusiyadan qaz tranziti olmasa belə", - Makoqn qeyd edib. Onun sözlərinə görə, treyderlər maye qazı Xorvatiyada yerləşən terminaldan təmin edə biliblər.
    Bundan əvvəl Ukraynanın GTS Operatorunun nümayəndələri gündə Slovakiyadan 27 milyon kubmetrə qədər və Macarıstandan daha 8 milyon kubmetrə qədər qaz almağa imkan verən iki sazişi elan ediblər.
    Öz növbəsində, fevralın 1-də “Qazprom” Ukrayna ərazisi ilə 107,7 milyon kubmetr qazın nəqlini sifariş edib ki, bu da müqavilədə nəzərdə tutulan maksimum həcmə (109 milyon kubmetr) yaxındır. Müqayisə üçün qeyd edək ki, yanvarın 17-20-də Rusiya şirkəti Ukrayna ərazisindən cəmi 43-47 kubmetr qaz verib.
    Xatırladaq ki, oktyabrın 1-dən “Qazprom” Ukrayna qaz nəqli sistemi vasitəsilə Macarıstana yanacağın tranzitini dayandırıb. Rusiya şirkəti və Budapeşt arasında Ukraynadan yan keçməklə “Balkan axını” qaz kəməri ilə 4,5 milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalanıb.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR