AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ XAÇMAZDA KEÇİRİLƏCƏK

  • + A
  • - A
  • 8-02-2022, 17:08

    SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ XAÇMAZDA KEÇİRİLƏCƏK

    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xaçmaz rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Xaçmaz şəhəri, Çənlibel parkı, Bayraq muzeyinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 10-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR