AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

  • + A
  • - A
  • 10-01-2017, 13:10

    Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər "sürprizlə” qarşılaşıblar.

    Belə ki, borclarını ödəmək üçün "Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

    Məsələ ilə bağlı açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:

    "Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar.”

    Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla "Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:

    "Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”

    ///Aznews.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR