Neft rekord həddə bahalaşdı
Dünya birjalarında neft bahalaşmaqdadır.
AZTB.info xəbər verir ki, Londonun İCE əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 1 barelə görə 2,1% artaraq 68,01 dollar təşkil edib.
Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, mayın 13-dən etibarən ilk dəfə olaraq 68 dolları ötüb.