AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hər arı ailəsinə 10 manat veriləcək” — Prezident sərəncamının DETALLARI

  • + A
  • - A
  • 23-03-2018, 10:05

    “Hər arı ailəsinə 10 manat veriləcək” — Prezident sərəncamının DETALLARI














    “Subsidiyaların verilmәsi arıçılığın inkişafı ilә bağlı 5 illik Dövlәt Proqramının bir bәndidir vә proqram artıq qәbul edilmәk әrәfәsindәdir".
    Bu barәdә “Ölkә.Az”a özәl açıqlamasında Azәrbaycan Arıçılar Assosiasiyasının sәdri Bәdrәddin Hәsrәtov Prezident İlham Әliyevin ötәn gün "Arıçılığın inkişafının stimullaşdırılması haqqında" imzaladığı sərəncama münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, 2017-ci il sentyabrın 8-dә kәnd tәsәrrüfatı naziri Heydәr Әsәdovla görüşәrkәn Türkiyәdә belә bir tәcrübәnin olduğunu bildirәrәk hәr arı ailәsi üçün illik subsidiya ayrılmasını tәklif ediblər. Nazir isə təklifin müzakirә edilәcәyini bildirib:

    “Yeni sərəncamla hər arıçıya arı ailәlәrinin (pәtәk) sayına görә illik 10 manat subsidiya verilәcәk. Hazırda 100-200 arı ailәsinә sahib olan çox sayda arıçı var. Düşünürәm ki, ilin әvvәlindә 1000-2000 manat subsidiya almaq müәyyәn xәrclәri qarşılamaq üçün yaxşı stimuldur. Burada söhbәt yalnız 10 manatdan getmir, arıçılar hazırda bu sahәyә ayrılan diqqәtә görә yaxın zamanlarda onlara daha böyük imkanların yaradılacağından mәmnundurlar”.

    Assosiasiya sәdri qeyd edib ki, subsidiyaların verilmәsi arıçılığın inkişafı ilә bağlı 5 illik Dövlәt Proqramının bir bәndidir vә proqram artıq qәbul edilmәk әrәfәsindәdir. Proqramda arıçılığın inkişafı üçün kadr potensialı, bal bazasının yaxşılaşdırılması, arı xәstәliklәri, damazlıq vә s. mәsәlәlәr әn xırda detallarına kimi nәzәrdә tutulub. Bundan başqa, sәrәncamın arıçılığa әn böyük töhfәlәrindәn biri arı ailәlәrinin dәqiq qeydiyyatının aparılacağıdır:

    “Biz indiyәdәk müxtәlif rәqәmlәrlә qarşılaşırdıq. Kimisi vergi alınacağını düşünüb pәtәk sayını az deyirdi, kimisi arıçı olmadığı tәqdirdә sәrgilәrdә arıçı kimi iştirak edirdi. İndi isә konkret olaraq bilinәcәk ki, kim arıçıdır, nә qәdәr arı ailәsi var vә harada saxlayır”.
    Bildirək ki, proqrama əsasən potensialı olan arıçılara 5 ildә 5 min arı ailәsi dövlәt tәrәfindәn pulsuz verilәcәk. Bundan əlavə bal qablaşdırması, arıçılıqda istifadә olunan avadanlıqların hazırlanması ilә mәşğul olmaq istәyәnlәrә xüsusi imtiyazlar verilәcәk, yem bazasının artırılması, bal ixracı ilә bağlı dövlәt dәstәyi göstәrilәcәk.

    “Proqramın hazırlanmasında assosiasiya olaraq biz dә iştirak etmişik vә çalışdıq ki, heç nә diqqәtdәn kәnarda qalmasın”, - deyə B.Həsrətov əlavə edib.

    Bәdrәddin Hәsrәtov onu da bildirib ki, prezident İlham Әliyevin imzaladığı sәrәncam vә yaxın zamanlarda qәbul olunacaq Dövlәt Proqramı arıçıların sürәtlә artmasına vә arı ailәlәrinin sayının 300-350 minә çatmasına sәbәb olacaq. Bu isә Azәrbaycanın özünü arıçılıq mәhsulları ilә tam tәmin etmәsi, elәcә dә ixrac imkanlarının artması demәkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR