İlham Əliyevdən borcu olanlara ilin şad xəbəri: Bir neçə günə bağlayacağıq
Fəaliyyətimizdə əsas istiqamətlərdən biri tam iqtisadi müstəqilliyin təmin edilməsidir ki, bu da siyasi müstəqilliyin təməli sayılır.
Bbu bərədə Azərbaycan prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə danışıb.
Prezidentin sözlərinə görə, bu gün Azərbaycan iqtisadi nöqteyi-nəzərdən tam olaraq özünü təmin edən və heç bir maddi çətinlikləri olmayan ölkədir.
“Son 15 il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb. Düşünürəm ki, bu, bir dünya rekordudur. İri investisiya layihələrinə baxmayaraq, ölkədə hazırda təxminən ÜDM-nin 20 faizinə bərabər olan xarici borcun nizamlanması üzrə işlər aparılıb.
Qarşıdakı illərdə onun daha da azaldılması ilə bağlı tapşırıqlar vermişəm. Azərbaycanın valyuta ehtiyatları, ümum daxili məhsul kimi eyni həcmdədir.
Başqa sözlərlə desək, istəsək, bir neçə günə və ya aya bütün xarici borclarımızı ödəyə bilərik.
Azərbaycanın maliyyə durumu kifayət qədər davamlıdır və bizim investisiya layihələrimiz, sözsüz ki, əlavə gəlir gətirməyə davam edəcək.
Vurğulamaq istəyirəm ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox yatırım qoyulub” - deyə Azərbaycanın dövlət başçısı bildirib.