Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin kollektivi yolların qardan təmizlənməsini diqqətdə saxlayır.
Azadmedia.az xəbər verir ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyi və kollektivi Şamaxı-Dəmirçi avtomobil yolunun sutka ərzində yolların qardan təmizlənmə prosesini davam etdirir.
Belə ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin kollektivi qar yağması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində qardan təmizlənmə işləri aparmaqla bərabər, yol bərpa işlərini davam etdirməkdədir.
Qeyd edək ki, MMC tərəfindən Şamaxı-Dəmirçi avtomobil yolunun qardan təmizlənməsi ilə yanaşı asfalt örtüyü və yolların bərpası tədbirləri də mütəmadi olaraq həyata keçirilir.