AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR əhalini əmin etdi: - “Benzin bahalaşmayacaq!”

  • + A
  • - A
  • 2-06-2018, 12:21

    SOCAR əhalini əmin etdi: - “Benzin bahalaşmayacaq!”















    Dövlət Neft Şirkəti (SOCAR) Neft Emalı Zavodunun təmirə dayandırılması ilə bağlı “Aİ-92” markalı benzinin qiymətinin bahalaşacağı ilə bağlı yaranmış ajiotaja aydınlıq gətirib.

    Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a bildirib ki, hər il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qrafik üzrə bu cür sazlama işləri həyata keçirilir:

    “Bu səbəbdən də Bakı Neft Emalı Zavodunun təmirə bağlanması və xaricdən müvəqqəti benzin idxalı daxili bazarda qiymətlərə təsir etməyəcək. Adətən biz həmin müddət üçün müəyyən həcmdə benzini tədarük edirik. Hazırda və bundan sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma işləri aparılır. Bu işlərin məqsədi “Avro-5” standartına uyğun olan keyfiyyətli yanacağın və gələcək yüksək oktanlı benzinlərin istehsal olunmasıdır. Modernizasiya aparıldığı üçün sazlama işlərinin müddəti bir qədər də artır. Buna görə həmin müddətdə tələbatı qarşılamaq üçün xaricdən benzin idxal edirik. Bunu keçmişdə də belə etmişik, bu il də belə olacaq. Yeni bir şey deyil”.

    İ.Əhmədovun sözlərinə görə, keçmişdə də bu cür təmirlər zamanı bazardakı qiymətlərdə heç bir dəyişiklik olmayıb, bu il də heç bir dəyişiklik gözlənilmir. Yəni müvəqqəti bezin idxalı bazara heç cür təsir etməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR