AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dollar lirəyə nisbətdə revanş götürdü – “Fitch” xəbərdarlıq etdi

  • + A
  • - A
  • 18-08-2018, 11:02

    Dollar lirəyə nisbətdə revanş götürdü – “Fitch” xəbərdarlıq etdi














    ABŞ və Türkiyə arasındakı gərginliyin valyuta bazarına təsiri davam edir. Bu gün səhər saatlarına 5,81 lirədən əməliyyat görən dollar günün ikinci yarısında revanş götürərək 6.10 lirəyə yüksəldi. Avropa Birliyinin vahid valyutası 6.98 lirə, sterlinq isə 7.82 lirə təşkil etdi.

    Oxu.Az xəbər verir ki, Türkiyənin bank bazarını tənzimləyən qurum – BDDK məzənnədəki spekulyativ dalğalanmanı önləmək üçün daha bir addım atıb. Belə ki, BDDK bankaların türk lirəsi alışı əməliyyatlarına 25 faiz məhdudiyyət tətbiq edib.

    BDDK-nın qərarından sonra dolların məzənnəsindəki artım səngiyib.Türkiyə vaxtı ilə 21-22 saatlarına dolların alış məzənnəsi 6,0330 lirə, satış isə 6,0420 lirə olub.

    Bu arada beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” Türkiyənin həyata keçirdiyi tədbirlərin etibarı bərpa etmək üçün yetərsiz olduğunu açıqlayıb.

    Agentlik türk lirəsinin dəyərdən düşməsinin siyasətə inamın artıması, Mərkəzi Bankın müstəqilliyi və daha yavaş iqtisadi artıma keçid ilə dayandırıla bilinəcəyini qeyd edib:

    “Beləliklə, TL daha sabit pul vahidi halına gələcək”.

    “Fitch” Qətərin Türkiyəyə 15 milyard dollar birbaşa investisiya edəcəyi xəbərinin lirənin dəyər qazanmasını təmin etdiyini, ancaq, investisiya qoyuluşunun vaxtının və detallarının hələ açıqlanmadığını da irəli sürüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR