Dekabrın 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana rəsmi səfəri baş tutub.Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Üçtərəfli zirvə görüşündə dövlət başçısı çıxış edərək bildirib ki, "Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.
Həmçinin ölkə başçısı onu da vurğulayıb ki, 2022-ci ildə yanvar-oktyabr aylarını üzrə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45% artaraq 5 milyard dollara çatmışdır. O cümlədən bu il Türkmənistanla ölkəmiz arasında ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu ölkələrimiz rekord göstəricidir. Bundan başqa Azərbaycan, Türkiyə və Türkmənistan arasınada nəqliyyat-logistika sahəsində də böyük uğurlara imza atılıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəyə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan üzərindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artmışdır”.
Masallı şəhər sakini Anar Məmmədov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.