AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziyafəddin Cavadov -“ Qardaş ölkədə baş verən bu zəlzələ, bütün Türk dünyasını,o cümlədən Azərbaycanı da çox sarsıtdı” - ÖZƏL

  • + A
  • - A
  • 13-02-2023, 12:35

    Ziyafəddin Cavadov -“ Qardaş ölkədə baş verən bu zəlzələ, bütün Türk dünyasını,o cümlədən Azərbaycanı da çox sarsıtdı” - ÖZƏL



    Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək barədə


    Bildiyimiz kimi,fevralın 6- da səhər saatlarında qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan güclü zəlzələ baş vermişdir.Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər zaman dəstək olan Azərbaycan, bu dar gündə də qardaş ölkənin köməyinə çatan ilk ölkə oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən,təbii fəlakətlərin nəticələrini aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüşdür.
    Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddi günlük milli matəm elan edilib. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəkakət nəticəsində minlərlə insanın həlak olması, çoxlu sayda insanların yaralanması, evsiz -eşiksiz qalması doğurdan da dəhşətli bir faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ, bütün Türk dünyasını,o cümlədən Azərbaycanı da çox sarsıtdı. Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil,əməldə ortaya qoyduğunu bir daha nümayiş etdirdi. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində bir çox dövlət və özəl təşkilatlar da öz dəstəyini göstərməkdədirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib, Fondun bütün imkanları, Fondun nəzdində fəaliyyət göstərənbütün insanlar artıq bu yardım kompaniyasına qoşulublar. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş ölkəyə humanitar yardım aparan təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları,sarğı materialları və tibbi ləvazimat və avadanlıqlar ,isti geyimlər,çadırlar daxildir.
    Azərbaycanın ən böyük şirkəti olan SOCAR öz dəstəyini verməyə başlamışdır. Bu şirkət eyni zamanda Türkiyənin də şirkəti olduğu üçün hər zaman bütün imkanlarla yardım etməyə çalışır və çalışacaqdır. Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir.
    Xalqımız təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplayaraq Türkiyəyə göndəriblər.Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər,6 fevral tarixində Türkiyəyə yola salınıb.
    Bundan əlavə,zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi,7 nəfər qeyri-tibbi olmaqla,41 nəfərlik heyəti göndərilib.8 fevral tarixində Türkiyəyə FHN-nin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə yola salınıb.Humanitar yardıma təbii fəlakətdən zərərçəkən insanların yerləşdirilməsi üçün , 260 ədəd çadır,300 ədəd çarpayı, 2 ədəd böyük generator,8 min geyim dəsti,20 min cüt corab,350 ədəd masa,1000 ədəd oturacaq,5 min ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
    Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan FHN-nin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış- xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-nin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış -xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8- i uşaq olmaqla 37 nəfəri sağ,145 nəfərin isə cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər
    (09 fevral saat 8:00 üçün olan məlumata əsasən).
    Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatına görə qardaş Türk xalqlna başsağlığı verir, onlara səbir, dözüm və güclü iradə arzulayırıq!
    Zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik!


    Ziyafəddin Cavadov,
    Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR