“Pul məndə, maşın da, ev də alaram sənə” – Zaur aktrisaya söz atdı
Bir müddət əvvəl maşın almaq üçün sponsor axtardığını deyərək gündəmə gələn əməkdar artist Nahidə Orucova “5/5” verilişinin qonağı olub.
Aparıcı Zaur Kamal aktrisaya söz atıb. O, Orucovaya “Gəl hərdən milli parkda gəzək. Mən də adam axtarıram. Pul-para məndə, hər şey var. Məndən sənə sponsor olar? Maşın da alaram, ev də” sözlərini deyib.
Aktrisa isə ona “Elə mən də adam axtarıram. Səndən yaxşı adam tapacam? Gəl gedək. Pul-para səndən. Maşınım da, sevgim də var” cavabını verib.
N.Orucova aparıcılıq etdiyi müddətdə filmlərdən uzaq qaldığını açıqlayıb:
“Heç bir filmə və seriala çəkilə bilmədim. Teatrda məşqlərdən qalırdım. İndi aktrisalığıma vaxt ayırıram”.
Qeyd edək ki, N.Orucova avtomobilinin köhnəldiyini və yenisini istədiyini bildirib. O, buna pulu olmadığını, sponsor axtardığını açıqlamışdı. Aktrisanın bu sözləri uzun müddət sosial şəbəkədə müzakirə edilib, tənqid olunub.
///Axşam.az