AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“VƏTƏN” – 8 NOYABR ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ YENİ POP MUSİQİ

  • + A
  • - A
  • Bu gün, 19:19

    “VƏTƏN” – 8 NOYABR ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ YENİ POP MUSİQİ


    8 Noyabr - Zəfər Gününə həsr olunmuş yeni pop musiqi “Vətən” , bəstəkar Ruzgar Ahmadzada və müğənni Konul ManEl tərəfindən dinləyicilərə təqdim olunur.

    Qarabağ FK Rəsmi Himn və rəsmi qol mahnısının müəllifi, bir çox klassik və film musiqisinin bəstəkarı kimi tanınan Ruzgar Ahmadzada, bu layihədə akademik musiqi keçmişini müasir pop üslubu ilə birləşdirərək Azərbaycan musiqisinə yeni bir baxış gətirir.

    Layihədə Azərbaycan musiqi səhnəsində yüksələn gənc müğənni ManEl (Könül Məmmədova) yer alır. Beynəlxalq müsabiqələrin laureatı olan ifaçı Gürcüstanda doğulub, musiqi təhsilini həm Qazaxıstanda Çaykovski adına musiqi kolleci, həm də Bakı Musiqi Akademiyasında tamamlamışdır. O, Berklee College of Music-ə qəbul qazanıb, “Səs Azərbaycan” və “Bakı Payızı” kimi layihələrdə uğurlu çıxışları ilə tanınıb. ManEl həmçinin Eurovision 2023 (“Never Say”) və 2025 (“Set Me Free”) seçimləri üçün də mahnılar təqdim edib.

    Qeyd etmək lazımdır ki, mahnının sonunda uşaq xorunun ifasında səslənən hissənin sözü Süleyman Salis, musiqisi isə Ali Farşbaf’a məxsusdur.

    Aranjiman üzərində Ruzgar Ahmadzada, Ülvi İsmayıl və Toufan Records çalışıblar. Toufan Records həmçinin miks və masterinq prosesinə imza ataraq mahnının səs dünyasına müasir dinamika qatıb.

    Musiqinin video layihəsinin rəhbəri Ruzgar Ahmadzada, rejissoru isə Natiq Muxtarovdur. Klipdə Azərbaycanın müxtəlif sahələrində uğur qazanmış şəxslər yer alıb. Videoda yer almış qonaq qismində Fərqanə Qasımova, Rafael İskəndərov, Promete, Fəridə Abdulla, Günay Arazova, Vəfa Qəhrəman, Elçin Əmirov, Emil Axundov, Vüsal Yusifli, Rəsul Həsənov, Elçin Hüseyn kimi şəxslər vardır. Hər biri öz sahəsindəki nailiyyətləri və fərdi enerjisi ilə Vətənə olan sevgisini simvolik şəkildə ifadə etmişdir.

    Layihənin əsas ideyası – Azərbaycanın gücünü onun insanlarının yaradıcılığında, zəhmətində və ruhunda göstərməkdir.

    Bu sinql, Ruzgar Ahmadzada və Konul ManEl əməkdaşlığının ilk nəticəsidir və onlar gələcəkdə Azərbaycan pop musiqisinə yeni nəfəs gətirəcək layihələr planlaşdırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR