Artıq iki gündür ki, Türkiyə mətbuatında Ebru Gündəşin ərinin onun yaxın rəfiqəsi Hadisə ilə xəyanət etməsi ilə bağlı iddiaları müzakirə olunur.
Azadmedia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ebru Gündeş 11 ildir ki, evli olduğu həyat yoldaşı, məşhur biznesmen Rza Zərrabın uzun illərdir ən yaxın rəfiqələrindən biri olan Hadisə ilə ona xəyanət etdiyini və buna görə boşandığını deyib.
Müğənni Hadisə qalmaqala səssiz qalmayaraq, sosial şəbəkədə paylaşım edib. Sənətçi əsassız və yalan fikirlər səsləndirənlərin hüquq müstəvisi çərçivəsində cəzalandırılacağını bildirib: “Haqqımda bu əsassız iddiaları səsləndirənlər mənə açıqlama verməli olacaqlar. Heç kim namusumu ləkələyə bilməz!”
Qeyd edək ki, Ebru Gündeş Hadisənin onun əri Rza Zərrabla münasibətdə olduğunu sübut edəcək şahidlərin olduğunu da bildirib. Məlumata görə, Gündeşin qızının dayəsi də şahidlər arasındadır.
İddialara görə Hadisə Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmək üçün Türkiyədən ABŞ-a gizli gedib və hər görüşdə ehtiyatlı davranıb.
Türkiyə mediasında indi ən çox Hadisə ilə Ebru Gündeşin yenidən "O səs Türkiyə"də birgə münsif masasında oturub-oturmayacağı müzakirə edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.