Özcan Dənizin yeni filmi qalmaqal yaradıb — VİDEO
Türkiyədə çəkilən və məşhur müğənnilərin iştirak etdiyi yeni film hələ ekranlara çıxmamış böyük səs-küyə səbəb olub.
Türkiyə mətbuatında və sosial şəbəkələrdə yeni çəkilən “Öteki taraf” filmi müzakirələr olunmaqdadır. Buna səbəb filmdəki açıq-saçıq səhnələrdir.
Qeyd edək ki, filmdə baş rollarda Özcan Dəniz, Məryəm Üzərli və Aslı Enverin iştirak edir. Film 8 dekabrda nümayiş olunacaq. Özcan Dəniz bu filmlə ilk dəfə triller və dram janrında həm baş rolu canlandıracaq, həm də rejissor olacaq.