"Yalançının..." - Faiq Ağayev Zaurun onun haqda işlətdiyi ifadəyə əsəbləşdi - FOTO
Ötən gün "5/5" verilişinin qonaqlarından biri xalq artisti Faiq Ağayev olub.
Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal xalq artisti barədə yazdığı satirik şeiri oxuyub. Şeirdə "Oturacağın üstünə 3 dənə yastıq qoyur" ifadələri Faiq Ağayevin xoşuna gəlməyib. Müğənni "Yalançının?" deyərək aparıcıya həmin sətirlərə görə etirazını bildirib:
"İstəyirsən operatoru göndər gedib maşınımın içini çəksin. Bir dənə orada döşəkçə tapsanız, mən adımı dəyişərəm".