Əməkdar artist Kübra Əliyeva mərhum Xalq artisti İlhamə Quliyevanın videolarının sosial şəbəkələrdə yumor xarakterli formada paylaşılmasından hiddətlənib.
Oxu.Az-a açıqlama verən Kübra Əliyeva həmin şəxslərə irad tutaraq bildirib ki, İ.Quliyevanın videolarını yumora qoymaq yox, hörmət etmək lazımdır:
“Allah ona qəni-qəni rəhmət etsin, kaş ki, sağ olaydı, onun konsertinə gedərdik. Dedi ki, 90 il yaşayacağam, amma Allah qoymadı. O sağ olsaydı, onu yumora qoyanların başlarına oyun açardı”.
Qeyd edək ki, son günlər Xalq artistinin videolarını yerli məşhurlarla yanaşı, bəzi türkiyəli “TikTok” istifadəçiləri də paylaşır.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.