“Maşın" şouda dava düşdü: "Bunların hamısı 5-10 manata görə anasını satarlar"
Maşın” şounun ikinci günündə səsvermənin müzakirəsi zamanı dava düşüb.
Davaya səbəb Əli Mirəliyevin "Buradakılar ipiqırıqdılar” ifadəsi olub.
"İpiqırıq” sözünə isə meyxanaçı Ələkbər Yasamallı etiraz edib. O, Əli Mirəliyevin "cəm” danışmamasını deyib.
Mirəliyev isə daha sonra sözünü dəyişərək "Mən musiqiçiləri nəzərdə tuturam. 50 ildir bu sənətdəyəm bunların ipiqırıqdır. 5-10 manatdan ötrü atalarını, analarını satarlar”.
Əlinin fikrinə etiraz edənlərdən biri də Roza Zərgərli olub. O, araya girərək Yasamallını sakitləşdirməyə çağırıb. Əli Mirəliyev isə səsini qaldıraraq "Ala, səndən danışan yoxdur, sən meyxanaçısan, musiqiçi deyilsən. Atın mənim şəklimi, səsverməyə mən çıxacam” sözlərini işlədib.
Müzakirə zamanı Aytən Səfərova maşının ön hissəsində duran birinin fotosunu atacağını söyləyib.
Avtomobilin ön tərəfində isə Hüseyn Əzizoğlu, Fira Cəlilova, Roza Zərgərli və Pərvin Abıyeva olub.
///Oxu.Az