AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pərvin Abıyevanın evini və lüks avtomobilini satmasının GİZLİ SƏBƏBİ

  • + A
  • - A
  • 9-06-2018, 12:01

    Pərvin Abıyevanın evini və lüks avtomobilini satmasının GİZLİ SƏBƏBİ














    "Maşın" realiti-şousunun iştirakçısı Pərvin Abıyeva avtomobilini satışa qoyub. Aktrisanın "Porsche Cayenne" markalı maşınının fotoları elan saytlarının birində paylaşılıb.

    Aktrisa xəbəri bu gün "Maşın" şounun pavilyonunda jurnalistlərlə baş tutan görüşdə təsdiqləyib. P.Abıyevanın sözlərinə görə, o, avtomobili yarışmaya gəlməzdən əvvəl satışa qoyub:

    "Artıq bir aydır ki, evimi və avtomobilimi satışa qoymuşam. Onun bu proqrama heç bir aidiyyatı yoxdur. Hətta gələndə əməkdaşlardan xahiş etmişdim ki, satış məsələlərinə görə telefonla əlaqə saxlamağa icazə versinlər. Sağ olsunlar, heç bir köməklik etmirlər, çünki qaydalara ziddir. Deyirlər ki, maşını guya bu verilişdə qalib gələcəyimə əmin olduğum üçün satıram. Amma belə deyil. Hər halda, "Porsche Cayenne" markalı avtomobili "Nissan"a görə satmaq doğru olmazdı. Oyunda nə qədər qalacağım haqqında heç bir fikrim yoxdur, ən əsası təhlükədə olan iştirakçılardan biri mənəm.

    Evimi və maşınımı satmağımın əsas səbəbi odur ki, həyatımda ciddi dəyişiklik etməyə ehtiyac duyuram. 3 ildən çoxdur ki, "Porsche Cayenne" idarə edirəm. Düşündüm ki, avtomobili dəyişmək vaxtıdır. Bəzən psixoloji problemlərim olur, hər şeydən yoruluram, yenilik axtarışına çıxıram. Ola bilsin ki, başqa ölkəyə köçdüm. O da alınmasa, yeni ev və yeni maşınla özümü sevindirəcəyəm".

    Daha sonra aktrisa dünənki oyunda Əli Mirəliyevlə yaşadığı qalmaqaldan danışıb. Aktrisa bildirib ki, bu günə qədər müğənniyə jest etmək fikrində olub:


    "Əli bəyin nəvəsi yaşında birinə yarışmada məğlub olması qəlbimə toxunurdu. Hətta sonda ona görə əlimi maşından çəkmək istəyirdim. Dünən o qədər həyəcanlı olmuşam ki, Ə.Mirəliyevin ünvanıma dediyi xoşagəlməz sözləri aydın eşitməmişəm. Bu gün bildim ki, Əli bəy mənə "Sən o "Porsche"ni hansı pulla almısan?" deyə birmənalı qarşılanmayan sual verib. Bax bu sözdən sonra Əliyə qarşı qəlbim qırıldı".

    Qeyd edək ki, P.Abıyeva avtomobili 90 EP 333 nömrəsi ilə birgə 55 min dollara ( təxminən 93 min AZN) satır. Elan sayta ötən gün yerləşdirilib.

    Məlumat üçün bildirək ki, müğənni Əli Mirəliyev səsverməyə çıxarkən hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu bildirib. O, emosional çıxışı zamanı aktrisanın "Porsche"sinə də söz atıb. Mirəliyev "Hansı pulla almısan o bahalı maşını? Mən 50 ildir ki, mahnı oxuyuram, maşınım yoxdur", - deyib. Daha sonra sənətçinin canlı efirdə mikrofonu söndürülüb. /publika.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR