AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti “Bu yay”ı təqdim etdi - VİDEO

  • + A
  • - A
  • 3-07-2024, 23:58

    Xalq artisti “Bu yay”ı təqdim etdi - VİDEO


    Xalq artisti Tünzala Ağayeva “ADAB Production”un dəstəyi ilə yeni layihəsini təqdim edib.
    Azadmedia.az xəbər verir ki, çalışqan pop ulduz bu dəfə “Bu yay” üçün kamera qarşısına keçib. O, yeni klipini yayımlayıb. Ağayevanın çəkdirdiyi ekran işinin rejissoru Azər Cəfərdir.

    Xalq artistinin klipdəki geyim obrazları Elnarə De Birbuetə aiddir. Onun saçı və makiyajı üzərində isə stilist Sabir çalışıb.

    Qeyd edək ki, mahnının söz və musiqisi Camal Qurbanov və Səbinə Mirzzəyə məxsusdur. Sözügedən layihə artıq bütün musiqi platformalarında, eləcə də Xalq artistinin şəxsi “Youtube” kanalında yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR