Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, paytaxtın Heydər Əliyev prospektində Bağırov körpüsünün altındakı tunelin yağış suları ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.