Oktyabrın 21-22-də Bakı və Abşerona yağan güclü yağışın yaratdığı fəlakətlər və bunun iki nəfərin ölümü ilə nəticələnməsi ölkədə ciddi ictimai rezonansa səbəb olub.
Artıq bəzi media orqanları obyektiv, subyektiv və bir çox hallarda da korporativ maraqlara əsaslanaraq müxtəlif qurumları hədəf seçərək onlara qarşı yerli-yersiz ittiham irəli sürüb tənqid etməkdədirlər. Tənqid və ittiham hədəfinə tuş gələn qurumlardan biri də "Körpü Bina Tikinti” MMC və onun direktoru Xəlil Göyüşovdur.
"Körpü Bina Tikinti” MMC əsasən Sabunçu iki nəfərin ölümü ilə nəticələnən tunelin tikintisində ittiham olunur. Bildirilir ki, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Hətta Cavanşir Həsənli adlı birisi əlində heç bir ciddi fakt olmadan özünün sosial şəbəkə hesabında daha uzağa gedərək “Körpü Bina Tikinti” MMC rəhbəri Xəlil Göyüşovu ittiham edib.
Bu yazını yazmaqda fikrimiz nə “Körpü Bina Tikinti” MMC-ni, nə də onun rəhbəri Xəlil Göyüşovu müdafiə etməkdir. Niyyətimiz məsələyə və problemə obyektiv yanaşmanı təmin etməkdir.
Birincisi onu qeyd edək ki, dünyanın heç bir ölkəsi təbi fəlakətdən sığortalanmayıb. Təbii fəlakətlər, güclü yağışların yaratdığı fəlakətlər təkcə Bakıda və ya Azərbaycanın müxtəlif bölgələrində deyil, dünyanın ən inkişaf etmiş ölkələrin də qeydə alınır. Və bununla bağlı yetərincə faktlar sadalamaq olar. Təbii ki, bunun qeyd etməklə görülən işlər zamanı baş verən nöqsanları ört-basdır etmək niyyətimiz də yoxdur. İstənilən layihənin tikinti zamanı nösanlara yol verilə bilrə, o cümlədən belə bir nöqsan “Körpü Bina Tikinti” MMC-nin tikdiyi hansısa layihənin icrası zamanı baş verə bilər. İş olan yerdə hansısa səbəbdən nöqsanlara yol verilməsi faktı qaçılmazdır. İş varsa, deməli orada nöqsan da olacaq.
Amma və lakin... Kiməsə qarşı hansısa bir ittihamı səsləndirərkən belə məsələyə obyektiv və daha ətraflı yanaşıb ondan sonra hərtərəfli qeyd etmək lazımdır. Çünki hər hansı bir tikinti işi həyata keçirilərkən, xüsusən də həmin tikinti dövlət əhəmiyyətli infrastrukturdursa və dövlət tərəfindən maliyyələşdirilirsə onun tikintisinin nə layihələndirilməsi, nə də layihənin icrası tək bir qurum tərəfindən həyata keçirilmir. Burada icra olunacaq layihənin təyinatına uyğun dövlətin bütün aidiyyatı qurumları iştirak edir. Və bu zaman bütün detallar nəzərə alınır. Digər məqam isə ondan ibarətdir ki, layihənin icrası və onun başa çatmasından sonra təhvil-təslim zamanı dövlət nəzarəti həyata keçirilir. İcraçı sadəcə ona verilən layihədə nə nəzərdə tutulubsa onu həyata keçirir. Əgər həyata keçirilən layihənin icrasında hər hansı çatışmazlıq, nöqsan, xəta varsa, zamanında icraçının diqqətinə çatdırılır və həmin qurum da qeyd edilən problemi aradan qaldırır. Layihə icra olunduqdan sonra həmin layihə dövlətin müvafiq qurumları tərəfindən yoxlanılaraq istifadəyə götürülür. Əgər zamanında tikinti ilə bağlı “Körpü Bina Tikinti” MMC-yə belə bir irad bildirilməyibsə, deməli bu gün səslənən ittihamlar yersiz və absurddur. Ən azından həmin tunelin istifadəyə verilməsində bir neçə il keçir və bu müddət ərzində Bakıda dəfələrlə güclü yağışlar olub. Amma həmin tuneldə hər hansı problem yaşanmayıb. Bu isə onu deməyə əsas verir ki, son hadisədən sonra "Körpü Bina Tikinti” MMC-yə hədəf seçib ittiham etmək ən yumşaq ifadə etsək yersiz və əsassızdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.