AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

18 oktyabr - Müstəqilliyin Bərpası Günü

  • + A
  • - A
  • 22-10-2024, 19:43

    18 oktyabr - Müstəqilliyin Bərpası Günü

    Dağıstan Respublikasının Mahaçqala şəhərində Dağısatan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Rakif Əzizov və Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizovun təşkilatçılığı ilə 18 oktyabr “Milli Müstəqillik Günü” münasibəti ilə “Azərbaycan - Odlar Yurdu” adlı təntənəli tədbir keçirildi.
    Müstəqillik Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında qəbul edilmiş Konstitusiya Aktına əsasən Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Həmin gündən 18 oktyabr Milli Müstəqillik Günü, 2021-ci ildən etibarən isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin dünyanın siyasi və iqtisadi xəritəsində yerini və rolunu təmin edən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı hər il 18 oktyabrında təntənə ilə qetd edilir.
    Tədbirdə Dağıstan Respublikası Baş Nazirin milli siyasət və dini məsələlər üzrə birinci müavini - Arsen Daniiloviç Mahmudov, Dağıstan Dövlət Tibb Universitetinin dosenti, Dağıstan Respublikası İctimai Palatasının eksperti - Elvira Nazeretdinovna Ağayeva, Dağıstan Dövlət Universitetinin İranşünaslıq Mərkəzinin rəhbəri - Maqomed-zadə Nuri Həsən-Ağaeviç, Rusiya Federasiyasının əməkdar artisti, Dağıstanın əməkdar artisti - Bəşirov Xan Mirzəxanoviç, İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, Azərbaycan Dövlət Dram Teatrının direktoru - Əsgərov Firdousi, Milli Kitabxananın direktor müavini Sarat Cəbrayılova iştirak edirdilər.
    “Azərbaycan - Odlar Yurdu” adlı tədbiri R.Həmzətov adına Dağıstan Respublikası Milli Kitabxanasının xarici ədəbiyyat şöbəsinin müdiri Zarina Kajliyeva açıdı. Tədbirdə çıxış edən diaspora rəhbərləri Rusiya-Azərbaycan dövlətləri və xalqları arasında olan yaxın qonşuluq, ictimai-siyasi, mədəni əlaqələrdən və isti münasibətlərdən danışdılar. Bu istiqamətlərdə daha da aktiv fəaliyyətlər göstərməyi bir vəzifə kimi irəli sürdülər.
    18 oktyabr Müstəqillik Gününə həsr edilmiş “Azərbaycan - Odlar Yurdu” adlı tədbirin təşkilatçısı, Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizov öz çıxışında mühüm məqamlara toxundu:
    - “Diaspor sözü hərfi mənada "səpələnmə" deməkdir. Həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamaları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Bu mənəvi amilin özü Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycanlıların dil, mədəniyyət, milli-mental dəyərlərinin itirmək qorxusu onların təşkilatmasına səbəb olur. Bu da öz növbəsində milli dəyərlərin qorunub saxlamasına zəmin yaradır.
    Hər millətin milli ruhu, milli təfəkkürü və öz mentaliteti var. Mentalitet bir millətə xas olan milli-mə`nəvi dəyərlər toplusudur. MENTALİTET – hər bir xalqın tarixən yaradıb formalaşdırdığı, inkişaf etdirərək nəsillərdən-nəsillərə ötürdüyü milli-mənəvi dəyərlər sistemidir”...
    Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mədəniyyət işçilərinin və diaspora üzvülərinin iştirakı ilə konsert proqramı ilə tədbir davam etdi demək olar. Konsert proqramında ən yadda qalan və təsirləndirən çıxış, Əhməd Əzizovun Müslüm Maqomayevin repertuarından oxuduğu Azərbaycan manısı oldu.
    Haşiyə:
    Çıxışı qonaqlar tərəfindən rəğbətlə qarşılanan Əhməd Əzizov Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizovun ovladıdır. Ruhundakı milli hiss ifasında özünü qabarıq şəkildə biruzə verir.

    Elçin Şükür




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR