AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Özbəkistanda çörək andı

  • + A
  • - A
  • 12-08-2024, 03:27

    Azərbaycan və Özbəkistanda çörək andı


    Tarixə və bu günə nəzər salsaq Azərbaycan türkləri ilə özbəkləri bir birinə bağlayan adətlər çoxdur. Qədimdə Azərbaycanda olmuş bir adət Özbəklərdə ancaq qorunub saxlanılırdı.

    XVII əsrə qədər Azərbaycanda bir adət var idi: Müharibəyə yaxud uzaq səfərə gedən bir gəncin adına ailədə çörək bişirilirdi. Oğlan evdən gedəndə çörəkdən bir hissə kəsərək özü ilə aparırdı və ailə o gələnə qədər çörəyi qoruyub saxlayırdı ki, o qayıdıb kəsdiyi hissəni birləşdirə bilsin. Bu adət inanca görə ailənin tam və bir olması üçün lazım idi. Həm də gedən insanın bir növ söz verməsi idi, qayıdıb gəlib ailəni yenidən bir edəcək. Bu çörək parçası həmin adamın evinə geri dönməsi üçün mühüm motivasiya rolunu oynayırdı.

    Əgər döyüşdə ölürdüsə və uzaq səfərdən qayıtmırdısa kəsilən çörək bar verən ağacın dibində basdırılırdı.

    Bilmirəm indi, amma əvvələr özbək xalqında da belə oxşar adət var idi. Bir özbək gənc müharibəyə gedirdisə ailəsi ilə görüşəndən sonra Anasının onun üçün bişirdiyi çörəyi dişləyirdi və dişlərinin izi orda qalırdı. Anası çörəyi sonra qalın bir parçaya büküb evin görünən yerindən ya asırdı, ya da qoyurdu. Zaman keçdikcə ailə həmin çörəyi aşağı düşürürdü və hamılıqla diş izi olan yerə baxırdı. Hər kəs arxayın idi ki, Anasına və ailəsinə verilmiş bu dişlənmiş hissə onun Andı idi ki, qayıdıb yarım qalmış idi tam edəcək. Çünki özbək adətinə görə Övlad ailəsinə verdiyi sözü tutmalı idi.

    Zaur Aliyev, dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR