AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqlarda D vitaminin sutkalıq dozasını keçmək olmaz

  • + A
  • - A
  • 12-08-2024, 13:18

    Uşaqlarda D vitaminin sutkalıq dozasını keçmək olmaz

    Uşaqlarda D vitaminin sutkalıq dozası nə qədər olmalıdır? Bu sual bütün valideynləri maraqlandırır.
    Azadmedia.az valideynləri maraqlandıran suala Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aytən Kərimovanın cavabını təqdim edir:
    " Uşaqlarda D vitaminin sutkalıq dozası 1000-2000 BV (Beynəlxalq Vahid) təşkil edir. Bu doza uşağın şikayətlərinə görə, iqlim şəraiti, yaşam tərzi və dəri rənginə görə dəyişə bilər. Vitamin D təbii və süni olaraq qəbul edilə bilər. Təbii halda ehtiyacımız ödənilə bilmədikdə, D vitamini əlavələri qəbul edilə bilər. Dərman vasitəsi seçərkən, mütləq onun uşaqların sutkalıq tələbatını ödəyə biləcəyinə fikir verməliyik. Əgər ödənilməzsə, dərman qəbuluna baxmayaraq orqanizm yenə vitamin D əskikliyindən əziyyət çəkəcək.

    İsti yay aylarında dərman qəbulunu dayandıra bilərik. Çünki günəş şüaları vasitəsilə ala bilirik. Lakin 3 yaşa kimi uşaqlar və qapalı məkanlarda çalışan insanlar kənardan vitamin D qəbuluna önəm verməlidirlər. Vitamin D səhər saatlarında və 400-800 BV profilaktik dozası qəbul edilməlidir. Çünki gündüz saatlarında biz günəş şüalarını qəbul edirik. Axşam saatları qəbul etdiyi təqdirdə, melatonin hormonunun sintezini pozur və uşaqlarda yuxuya təsir edir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR