AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D vitamini ilə zəngin olan qidalar

  • + A
  • - A
  • 12-08-2024, 13:27

    D vitamini ilə zəngin olan qidalar

    D vitamini ilə zəngin olan qidalar hansılardır? Uşaqlarda hansı qidalara üstünlük verilməlidir?
    Azadmedia.az-ın suallarını Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aytən Kərimova cavablandırıb. Aytən xanım ilk öncə D vitamini barədə ümumi məlumat verərək qeyd edib ki, Vitamin D xolesteroldan sintez edilən və yağda həll olunan steroid tərkibli bioloji aktiv maddədir. O, dəridə sintez olunur və bağırsaqlardan sovrulur. Bu səbəbdən uşaqlarda bağırsaq sovrulması yaxşı olmalıdır. Vitamin D orqanizmdə bir çox funksiyaları icra edir.

    D vitamininin iki əsas forması var - vitamin D2 və vitamin D3. Alimlər D2-ni erqokalsiferol və D3-ü xolekalsiferol adlandırırlar. Hər ikisi orqanizmdə eyni rol oynayır, lakin D2 və D3 vitaminləri bir qədər fərqli molekulyar quruluşa malikdir. Belə ki, vitamin D2 bitki mənşəli, D3 isə heyvan mənşəli məhsullardan əmələ gəlir.

    Xolekalsiferol öncə qaraciyərə, oradan isə böyrəklərə keçərək, aktiv hal alır və 1,25-dihidroksixolekalsiferola çevrilir. Vitamin olmasına baxmayaraq, hormon kimi təsiri var. Bədənimizin bir çox hüceyrələrində D vitamini reseptorları mövcuddur. D vitamini bu reseptorlara bağlanaraq, hüceyrə içərisində öz fəaliyyətini yerinə yetirir.
    D vitamini ilə zəngin olan qidalar hansılardır? Uşaqlarda hansı qidalara üstünlük verilməlidir? - suallarına cavab olaraq həkim qeyd edib ki, uşaqlarımızın gündəlik qida rasionu vitamin D ilə zəngin qidalar təşkil etməlidir. Bu vitamin ilə zəngin qidalar siyahımızda birinci yeri süd və süd məhsulları tutur. Vitamin D ilə yanaşı, zülal, dəmir, kalsium, maqnezium, mis və sink ilə zəngindirlər. Yağ tərkibi yüksək olan qidaları seçmək tövsiyə olunmur. Uşaqlarınızın gündəlik rasionu pendir, qatıq, kəsmik, təmiz nehrə yağı ilə zəngin olmalıdır.

    Uşağınıza müntəzəm olaraq kərə yağı versəniz, onun sümükləri möhkəm olacaq. Bu da sümük xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin, qızılbalıq, tuna və treska balığı tövsiyə olunur. Treska balığı K2 vitamini ilə zəngindir. Bu balıqlar xüsusən qış aylarında D vitamininə olan tələbatımızı ödəməkdə bizə yardımçı ola bilər. B12 və protein ilə zəngin olan yumurta D vitamini ehtiyacının 4 faizini qarşılayır. Yumurta mütləq uşaqların yeddinci ayından rasiona daxil edilməlidir.

    Taxıl məhsullarının keyfiyyətli olması üçün salat şəklində istifadə etmək daha məqsədəuyğundur. Yerkökü vitamin D ilə zəngin olan tərəvəzlər siyahısında birinci yerdədir və uşaqlara çox verilməsi tövsiyə olunur. Cəfəri kimi tanıdığımız bitki az da olsa, D vitamini ilə zəngindi".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR