Orqanizmin 95% vitamin D ehtiyacını günəş şüaları, digər 5%-i isə gündəlik qəbul etdiyimiz qidalar vasitəsilə təmin edilir. Ona görə də uşaqların qışda sağlam olması üçün yay aylarında günəş şüalarından səmərəli istifadə etməsi lazımdır. Vitamin D dərimizə düşən günəş işığına cavab olaraq əmələ gəlir.
Son illərdə aparılan araşdırmalar nəticəsində günəşli iqlim şəraitində yaşayanların da D vitamini əskikliyindən əziyyət çəkdiyi müəyyənləşdirilib. Bu da bizim daha çox qapalı mühitdə vaxt keçirməyimizlə bağlıdır. Günəşdə bir neçə dəqiqə olmaq heç də vitamin D ehtiyacımızı ödəmir. Ultrabənövşəyi şüalar birbaşa dəri səthinə düşməlidir. Buna görə də, uşaqları açıq havada günəşli havada və yüngül geyimdə gəzintiyə çıxarın. 1 yaşa qədər günəş kremləri istifadə etmək olmaz. Qapalı geyim, pəncərə şüşəsi, eyvan dəri səthinə birbaşa günəş şüalarının düşməsinin qarşısını alır, onları blok edir.
Gündəlik D vitamini ehtiyacınızı ödəmək üçün səhər saat 7 ilə 11 arasında günəş şüalarını qəbul etmək ən optimal vaxtdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.