AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qiyamət buzu” əriyir

  • + A
  • - A
  • 10-11-2024, 14:02

    “Qiyamət buzu” əriyir

    Antarktida “qalxan”ını yerə qoyur.
    Antarktidanın bir hissəsini təşkil edən və alimlərin “Qiyamət günü buzlağı” adlandırdıqları Tueyt Buzlağı gözlənildiyindən daha sürətlə əriyir. Florida ştatından böyük olan buzlağın tam əriməsi okeanın səviyyəsinin 11 fut (3.3528 metr) qalxmasına səbəb olacaq.
    Tueyt Buzlağı “Qərbi Antarktida Buz Qalxanı” (West Antarctic Ice Sheet - WAIS) adlanan və Texas ştatından 3 dəfə böyük olan hövzənin əsasını təşkil edir. Bu “qalxan” nisbətən ilıq okean suyunun Antarktidanın dərinliklərinə dolmasının qarşısını kəsir. Səddin aradan qalxması bütövlükdə qitənin əbədi buzlarının əriməsinə, əsl “Qiyamət Günü” ssenarisinin həyata keçməsinə səbəb olacaq.
    Tərcümə Vüsal Məmmədova məxsusdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR