AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ömür uzunluğu bu orqandan asılıdır

  • + A
  • - A
  • 21-02-2021, 01:42


    Son araşdırmalar göstərir ki, insanın ömür uzunluğu bağırsaqdan, daha doğrusu orada yaşayan mikroorqanizmlərdən asılıdır.

    Məhz bağırsağın mikroflorası bütün orqanizmə təsir edir. Məsələn, şəkərli diabet, hipertoniya, tromboz, piylənmə və bir çox digər ciddi xəstəliklər metabolik sindromdan başlayır. Bu sindromun inkişafına isə bağırsaqların mikroflarasının pozulması təkan verir.
    Bağırsaqların sağlamlığı həmçinin immun sisteminə də ciddi təsir edir. Bağırsaqlarda yaşayan bakteriyalar ziyanlı mikrob və viruslarla mübarizə edir . Mikroflora pozulduqda immun sistemi də zəifləyir.

    Bağırsaqların mikroflorasını yaxşılaşdıran qidalar bunlardır: süd məhsulları (xüsusilə qatıq, kefir), meyvə, tərəvəz, göyərti, paxlalılar, buğda kəpəyi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR