Ad, soyad dəyişdirilməsi və rüsumu, qaydalar vətəndaşların ən çox müraciət etdiyi mövzulardır. Azadmedia.az Ədliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən verilən cavabları təqdim edir:Sual: Uşağın soyadı necə müəyyən edilir?Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
Sual: Uşaqlarda soyadın sonluğu hansı şərtlər əsasında dəyişə bilər?Cavab: Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir və yeni şəhadətnamələr verilir.
Sual: Soyad sonluğunu dəyişmək üçün hara müraciət etmək lazımdır?Cavab: Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar qeydiyyat üzrə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinə (VVADQ) və ya Qəyyumluq və himayəçilik orqanlarına müraciət edə bilərsiniz.
Ərizəni 18 yаşınа çаtmış vətəndаşlаrın özü, 18 yаşınа çаtmаyаn vətəndаşlаrın isə vаlidеynləri və digər qаnuni nümаyəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim еdirlər.
Sual: Soyadın kökdən dəyişilməsi proseduru necədir? Hansı qurum tərəfindən həyata keçirilir?Cavab: Soyadın kökdən dəyişdirilməsi ilə bağlı Bakı şəhərində yerləşən istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
Əgər rayon qeydiyyatındasızsa o zaman, qeydiyyatda olduğunuz rayonun Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) şöbəsinə və ya regional "ASAN xidmət" mərkəzinə müraciət etməlisiniz.
Sual: Ad, soyad və ata adı dəyişdikdə rüsum nə qədərdir? Proses necə aparılır?Cavab: Adını, ata adını və soyadını dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumunun məbləği 10 manatdır.
Məlumatların düzgünlüyü qeydiyyat orqanı tərəfindən yoxlanılır, imtina edilmədikdə dəyişikliklə bağlı Sizə şəhadətnamə verilir.
Sual: Ad və soyadın dəyişməsi şəxsin diplomuna təsir edirmi? Cavab: Ad və soyadın dəyişməsi onun diplomunu da dəyişməsinə ehtiyac yoxdur. Soyadın dəyişdirilməsi ilə bağlı şəhadətnamə verilir ki, bu da diplomun hüquqi sənəd kimi qüvvədə qalmasını təmin edir.
Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və sair sənədləri bu qayda ilə dəyişə bilərsiniz.
Elnurə Abuşova