Whatsapp"a qoşulanlar, saxtakarlıq var, diqqətli olun!
1 milyondan çox Andorid istifadəçisi saxta "Whatsapp" yükləyib. Loqosu və digər vizual özəllikləri ilə həqiqidən fəqlənməyən saxta proqram “Google Play” üzərindən endirilib. Eyni problem “Facebook” tətbiqinin yüklənməsində də baş vermişdi.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəsis Rəşad İbrahimov problemin son dərəcə ciddi olduğunu qeyd edib və bunun istifadəçilərə zərər vurduğunu irəli sürüb: "Bu tip proqramlar özü ilə bərabər əlavə reklam xarakterli proqramlar və toolbarları da elektron cihazımıza yükləmiş olur ki, bu da normal işləyən cihazda donmalara, gərəksiz yerə bildirişlərin gəlməsinə və hətta şəxsi məlumatların oğurluğuna qədər gətirib-çıxarır. Adətən, bu proqramlara giriş edərkən lazımsız marka reklamları, pornoqrafik tərkibli reklam banerleri insanı qarşılayır. Məlumatsız insan hansısa reklamı "click" etdikdə artıq arxa planda reklamdan yönləndirilən link vasitəsilə cihaza əlavə proqramlar quraşdırılır".
İl ərzində minlərlə insan bu tip proqramları yüklədiyinə görə kiberhücuma məruz qalır. Mütəxəsis bildirib ki, insanlar proqram yükləyərkən son dərəcə diqqətli olmalı və yükləmə etməzdən əvvəl tətbiqi hərtərəfli yoxlamalıdırlar: "Əvvəla, yüklədikləri proqramları "Google.az" və ya hansısa brauzerlərdən yox, "App Store", "Google Play"in tərkibindən yükləməlidirlər. Biri var hansısa proqram təminatını "Apple" şirkəti istifadəyə verir, biri də var "Apple Aze" adlı hər hansı naməlum istifadəçi. Əgər doğru bazadan yükləyirlərsə, o zaman proqramların reytinqinə, yükləyib istifadə edənlərin rəylərinə diqqət etməlidirlər".
Qeyd edək ki, "Google Play"in "Whatsapp" kimi proqramın marka kimliyini qoruya bilməməsinin səbəbləri sırasında “rəqabət” faktoru da var. Çünki "Whatsapp" "Google"un böyük rəqiblərindən olan "Facebook"un sahib olduğu platformalardan biridir.