“Facebook” üzr istədi — Pornoqrafik məzmun qalmaqalı
Dünyanın ən böyük sosial şəbəkəsi sayılan “Facebook” bir neçə gün əvvəl paleolit dövründən qalan, 30 min illik Villendorf Venerası heykəlinin yayımını “çox seksual” və pornoqrafik olduğu üçün qadağan etmişdi.
AZTB.info xəbər verir ki, mövzu ilə bağlı tənqidlərin artmasını görən “Facebook” səlahiyyətliləri açıqlama vermək məcburiyyətində qalıb.
“Reklam siyasətimiz çılpaqlığa icazə vermir, lakin bu, heykəllərə aid deyil. Bu səbəbdən heykəl şəkli ilə verilən reklam təsdiq olunmalı idi” deyərək, silinən Villendorf Venerası üçün üzr istəyən “Facebook” rəsmisi, adıçəkilən reklamı təsdiq etdiklərini bildirib.
Qalmaqala və “Facebook”un üzr istəməsinə səbəb olan “post” italiyalı aktivist Laura Cianda tərəfindən ötən ilin dekabrında paylaşılmışdı.
Qeyd edək ki, 1900-cü illərin əvvəllərində Avstriyanın Villendorf şəhərində tapılan 11 sm-lik heykəl paleolit dövrünün ən böyük sənət əsarlərindən hesab edilir.