87 milyon “Facebook” istifadəçisinin məlumatları istifadə edilib — Əvvəl başqa rəqəm deyilirdi
ABŞ-da seçkilər zamanı siyasi məqsədlər üçün istifadə edilən “Facebook” hesablarının sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Əvvəl “Facebook”un 50 milyon istifadəçisinin məlumatını Cambridge Analytica adlı şirkətə verdiyi iddia olunsa da, indi bu rəqəmin 87 milyon olduğu deyilir.
Şirkətin məsul şəxsi Mayk Skroepfer bu məlumatı açıqlayıb.
Xatırladaq ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) bununla bağlı istintaq başladıb.
Mark Zukerberq də səhv etdiklərini qəbul edib.
CNN telekanalına danışan Facebook CEO-su bu skandal səbəbiylə həqiqətən üzgün olduqlarını deyib. O, gizlilik məsələsi ilə bağlı siyasətlərini daha da sərtləşdirəcəklərini açıqlayıb.