AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günəş vannalarının müsbət və mənfi tərəfləri barədə bilmıdiklərimiz

  • + A
  • - A
  • 24-06-2024, 13:13

    Günəş vannalarının müsbət və mənfi tərəfləri barədə bilmıdiklərimiz

    Günəş vannalarının müsbət və mənfi tərəfləri barədə bilmıdiklərimiz

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov bu barədə maraqlı məlumat verib. Həkim bildirib ki, günəş şüaları orqanizmin D vitamininin istehsal etməsinə kömək edir. Bu, sümük və dişlərin güclü olması üçün çox əhəmiyyətlidir. Eyni zamanda, ekzema və sızanaq problemləri olanlar Günəşdən faydalanırlar. Bundan əlavə, günəşli bir gün hər kəsə müsbət emosiya bəxş edir. Alimlər bunun beynin pineal hüceyrələri və melatonin hormonunun səviyyəsi ilə bağlı olduğunu müəyyən ediblər.
    İlqar həkim qeyd edib ki Günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var. Belə ki, dərimiz kollagen və elastik deyilən proteinlərdən ibarət olduğu üçün günəş şüalarından zədələnir. Qızmar Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə, bu mənfi təsir özünü göstərməyə başlayacaq. Eyni zamanda, yaz–yay fəsillərində üz dərisini xüsusən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Bu şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR