Sovet dövrünün ən məşhur filmlərindən biri olan "Birliyant əl"-in çəkilişləri Bakı şəhərində də baş tutub. Baş rolun ifaçısı Yuri Nikulin və Aleksandr Mironovun Bakıda çəkilişlərinə aid bu günə qədər yerlər qalmaqdadır. Xüsusilə İçərişəhərdə Yuri Nikulinin "Черт побери" ( Lənət şeytana) ifadəsi səslənən və qoluna daş qaşlar sarılan yer indi də ən çox ziyarət edilən yerlərdən biridir.
Filmdə epizodik olsa da bir rolun ifaçısı Bakının məşhur yol tənzimləyicisi kimi xidmət edən Qurban Əhməd oğlu Mazanov idi.
1970-ciilin əvvəllərində Bakıda yol tənzimləyicisi işləyən Qurban Mazanovu demək olarki, hamı tanıyırdı. Hər gün yüzlərlə insan onun işini izləyirdi. Millisionerdə bu ustadlığa hamı həsəd aparırdı və onu "yolun drijoru”, "aktyor-milisioner” adlandırırdılar.
Onun bu qeyri-adi bacarığı "Вечерняя Москва" qəzetində də dərc edilmiş və qəzetdə Moskva nizamlayıcılarına Qurbanın bu ustalığından öyrənmək tövsiyyə olunmuşdur.
Bu sahədə işlədiyi iyirmi il ərzində, onun mükafatları çox idi. Onun haqqında hətta keçmiş SSRİ-də məşhur olan "Огенек” jurnalında da məqalə dərc olunmuşdur. Bəs necə oldu ki, o, məşhur rejissor Qaydayın diqqətini cəlb edə bildi ?
Bakıda “Birliyant əl ” filminin çəkilişləri başlayanda İçərişəhərdə qonaq olan zaman yerli sakinlərin bir xahişi olur. "Qayday filmində Bakılıların sevimlisi olan Qurban kişiyə kiçik də olsa rol versin"
Qayday onun xidmət etdiyi əraziyə gəlib Qurban Mazanovu avtomobildə oturub izləyir. Kiçik uşaqların və yerli sakinlərin sevərək "Qurban dayı" deməsi onun xoşuna gəlir. Ssenaridə belə bir şey yox idi, amma rejissorun öz filmində Qurban Mazanovu harada və necə çəkəcəyi barədə kortəbii fikir yarandı. Ssenariyə belə bir səhnə əlavə edilir:
" Şəhərin bu küçəsində, Şərq ölkəsi oldiğu üçün maşın, piyada, eşşək, dəvə qarmaqarışıqlığı yaranırdı və bu yol nəzarətçisi nəqliyyata o qədər məharətlə nəzarət edirdi ki, hətta eşşəklər, dəvələr də ona tabe olurdu"
Qurban Mazanov yol nəzarətçisi kimi məharətlə yanaşı, heyrətamiz görünüşü, artistliyi və parlaq xarizmasına malik idi. Buna görə də təəccüblü deyil ki, Qayday filmindəki uğurlu film debütündən sonra Mazanov daha üç filmdə rol aldı. Rejissor ilə kiçik epizodik rolların ifaçısı Qurban Mazanov arasında dostluq əlaqəsi də yaranır. Bu xarizmalı Göyçəli balası ilə Qayday arasında xoş bir zarafat münasibəti də yaranır.
Pensiya yaşına çatana kimi öz vəzifəsini icra edən Mazanov deyilənə görə Heydər Əliyevin də diqqətini cəlb etmiş idi. Məhz bu xidmətlərini nəzərə alaraq Heydər Əliyev ona pensiyaya çıxanda Leytenant rütbəsi də təqdim etmiş idi.
O,2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Zaur Aliyev ,
dosent