Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Balakən şəhərinin sakinləri qarşısında iki tamaşa ilə çıxış edib
Noyabrın 6-da Balakən şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Qələbə bayramı ərəfəsində (8 noyabr) Rus Dram Teatrı şəhər sakinləri üçün iki tamaşa göstərmişdir: “Şən karusel” uşaq tamaşası (rejissor Raul Türkkan) və “Müsyö Jordan, alim botanik və dərviş Məstəlişah, məşhur cadugər” tamaşası (rejissor Xalq artisti Aleksandr Şarovski).
Balakən şəhər icra hakimiyyəti başçısının müavini peşəkarlıqlarına və Azərbaycanın mədəni inkişafına verdiyi töhfələrə görə teatrın kollektivinə minnətdarlığını bildirib. Şəhər Mədəniyyət Mərkəzinin rəhbəri Şəfiaq xanım çıxışında teatr kollektivinin əməyini yüksək qiymətləndirdi. Minnətdarlıq əlaməti olaraq Mədəniyyət Mərkəzi adından teatra xatirə hədiyyəsi təqdim olunub.
Balakənli, Azərbaycanın xalq artisti Səfa Mirzağazanov da təşəkkür nitqi ilə çıxış edərək tamaşaçıları bayram münasibətilə təbrik edib, səmimi qəbula görə sakinlərə minnətdarlığını bildirib. Təntənəli gecənin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sənətçilər minnətdarlıq edən tamaşaçıların gurultulu alqışları və gül dəstələri ilə mükafatlandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.