AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Teatr, səhnə bütün ağrıları, problemləri sənə unutdurur” — Hacı İsmayılov

  • + A
  • - A
  • 11-03-2019, 09:48

    “Teatr, səhnə bütün ağrıları, problemləri sənə unutdurur” — Hacı İsmayılov















    Teatr insanı sağaldır.
    “Oxu.Az”a istinadən məlumatına görə, bunu tanınmış aktyor, Xalq artisti Hacı İsmayılov deyib.

    O, qeyd edib ki, teatr səhnəsi insana hər şeyi unutdurur:

    “Teatr elədir ki, hər gün işə, çəkilişə gəlməlisən.

    Bəzən hər bir insan kimi sənin də səhhətində nasazlıq, digər şəxsi problemlərin, qayğıların olur. Amma səhnəyə çıxandan, tamaşa başa çatandan sonra hər şeyi unudursan.

    Sanki o problemlərlə gələn sən deyildin. Teatr, səhnə bütün ağrıları, problemləri sənə unutdurur. Teatr elə bir məbədgahdır ki, insanı sağaldır”.

    Xal artisti eyni zamanda, aktyorların müəyyən qədər çərçivədə olmasını məqsədəuyğun saydığını bildirib.
    “Aktyorları yaxşı mənada özbaşına buraxmaq olmaz.

    Yəni, hər şey təkcə aktyorun öz şəxsi arzusu və ifası ilə həll olunmur. Ona yön verənlər var: rejisssor, ssenarist, tamaşaçılar və sair.

    Məhz bunlar olanda sən əsl aktyor olursan. Onu da deyim ki, aktyorların ifa etdiyi obrazlar nəticə etibarı ilə onun xarakterinə təsir edir.

    Həm yaxşı, həm müsbət, həm də mənfi obraz aktyora təsirsiz ötüşmür. Aktyor müəyyən mənada oynadığı obrazları sonra öz xarakterində yaşadır, daşıyır.

    Belə məqamlar da var”-deyə, Xalq artisti sözlərinə əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR