Bolqarıstan və Azərbaycan arasında Diplomatik Əlaqələrin qurulmasının 29-cu İldönümü münasibətilə 1 iyulda uşaqlar üçün sərgi təşkil olundu. Sərgidə Bolqariyanın ölkəmizdəki səfiri Nikolay Yankov və xanımı da iştirak edirdi. Sərginin açılış öncəsi qonaqları salamlayan səfir iştirakçıları “Bolqarıstan Uşaqların gözü ilə” adlı rəsm sərgisinin açılışında salamlamaqdan çox məmnun olduğunu, Bolqarıstan və Azərbaycan araasında diplomatik əlaqələrin qurulmasının, dostluq, qarşılıqlı dəstək, əməkdaşlıq və fəal ikitərəfli dioloqun daha uzunömürlü olmasını arzuladı.
Bolqarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin 5 iyun 1992-ci ildə qurulmasına baxmayaraq ölkələrimiz arasındakı bu münasibətlər lap əvvəllərə dayanır. Münasibətlərimizin rəsmi başlanğıcından bəri Bolqarıstan və Azərbaycan dostluq və qarşılıqlı hörmət ruhunda müxtəlif sahələrdə daha intensiv əməkdaşlığın əsaslarını tədricən inkişaf etdirirlər. İndiyə qədər enerji, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik, mədəniyyət, təhsil, kənd təsərrüfatı, hərbi, sosial sahə kimi qarşılıqlı maraq doğuran bütün sahələrdə 100-dən çox ikitərəfli müqaviləmiz var. Dövlətlərimiz 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə çatdılar və bununla da ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı iradələrini ifadə etdilər, - söyləyən N.Yankov əlavə etdi ki, siyasi münasibətlərin inkişafına paralel olaraq, humanitar əlaqələr də bu illər ərzində inkişaf etmişdir. Buna misal olaraq ölkələrimizin qarşılıqlı bilikləri və mədəni əlaqələrinin inkişafı üçün çalışan həqiqi elçilər olan Bakı Slavyan Universitetindəki Bolqar dili və mədəniyyət mərkəzinin və Sofiya Universitetindəki
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsidir. Son illərdə getdikcə daha çox Azərbaycan vətəndaşı Bolqarıstana getməyə maraq göstərmişdir və bir çox bolqarın da Azərbaycanı ziyarət etmək şansı oldmuşdur.
[center]
Pandemiyadan qaynaqlanan məhdudiyyətlər götürüldükdə ümid edirəm ki, bu müsbət tendensiya yenidən başlayacaq və vətəndaşlarımız daha sıx əlaqə qurma imkanı əldə edəcəklər.
“Bolqarstan uşaqların gözü ilə” sərgisi Bolqarıstan və Azərbaycan arasındakı mövcud dostıuq əlaqələrinə daha bir sübutdur. Bu sərgi səfirliyimizin 3 Mart Bolqarıstan Milli Günü münasibətilə təşkil etdiyi rəsm müsabiqəsinin nəticəsidir. Bir çox azərbaycanlı uşaq ölkəmizə inanılmaz maraq göstərdi və Bolqarıstanın ruhunu, mədəniyyətini, ənənələrini və təbiətini heyranlığa layiq istedad və yaradıcılıqla canlandıra bildi.
Fürsətdən istifadə edərək bu təşəbbüsün əsl rolunu oynayan kiçik qonaqlarımızı, uşaqlarımızı 1 iyun Dünya Uşaqlar Günü münasibətilə təbrik etmək istəyirəm. Sağlam olmağınızı, ilk növbədə sevinc və enerji dolu olmağınızı, yeni biliklərə olan marağınızı qoruyub saxlamağı, istedadlarınızı inkişaf etdirməyinizi, valideynlərinizi və müəllimlərinizi hər zaman uğurlarınızla sevindirməyinizi diləyirəm.
Sonda səfir tədbirimizə ev sahibliyi etdiyinə görə Arts Council-ə və təşkilatçı Dadaş Məmmədova minnətdarlığını bildirdi.
Qeyd edək ki, sərginin növbəti iki gün açıq olacaq, uşaqların şah əsərlərini görmək üçün bütün dostlarınızı və qohumlarınızı gətirə bilərsiniz.