AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artistinin təklifi birmənalı qarşılanmadı

  • + A
  • - A
  • 24-01-2023, 17:27

    Xalq artistinin təklifi birmənalı qarşılanmadı

    Xalq artisti Afaq Bəşirqızı ötən gün dəfn olunan, uzun sürən ağır xəstəlikdən dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyevanın övladına fond yaratmağı təklif edərək mədəniyyət işçilərinə səslənib.
    "Mən bütün incəsənət, mədəniyyət xadimləri ilə istərdim ki, Zəhra fondu yaradaq. Onların da maddi vəziyyətini bilirəm, amma əlimizdən gələn qədərilə yardım edək. Çünki Zəhranın evə maaş gətirən atası yoxdur. O uşaq da çox əziyyət çəkir. Bilirəm, nənə-babası var, qayğısız böyüyəcək bəlkə də, amma həyatda insanın ömrünün son anına qədər ehtiyacı olan anası yoxdur. Yararlı bir mütəxəssis kimi yetişməsi üçün Zəhraya kömək edək", - deyə, A. Bəşirqızı bildirib.
    Azadmedia.az xəbər verir ki, bəzi həmkarları bu fikri dəstəkləsə də, Afaq xanımın təklifi sosial şəbəkələrdə etirazla qarşılanıb.
    İllərdir Tünzalənin pulu ilə yaşayan həyat yoldaşını qınayan şəbəkə istifadəçiləri Röyalı ata olmaq məsuliyyətini dərk etməyə, işləməyə səsləyib.
    Qeyd edək ki, "Xəzər axşamı" verilişində sənətçinin səs yazısı yayımlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR