Mahsun Kırmızıgül, Özcan Dəniz və HalukLevent – “Prestij meselesi” filmində “Prestij Meselesi” filmi artıq Park Cinema’da nümayişdədir.
2 fevraldan etibarən eksklüziv olaraq yalnızPark Cinema kinoteatrlarında “Prestij Meselesi” filminin nümayişinə start verilir.
1992-1993-cü illəri əhatə edən film əfsanəvimusiqi prodüseri Hilmi Topaloğlunun “Prestijmüzik” şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan MahsunKırmızıgül, Haluk Levent və Özcan Denizingənclik illəri ekran işində əks olunub.
Azadmedia.az xəbər verir ki, həmçinin filmdə Mahsun Kırmızıgülün oğlu – Mahmut Kırmızıgül də yer alıb. Engin Hepileri, Eser Yenenler və Hakan Petekkaya da filmdə rolalanlardandırlar.
Qeyd edək ki, film Türkiyə izləyicilərinə 3 fevraldan təqdim olunmasına baxmayaraq, Azərbaycan tamaşaçıları artıq 2 fevraldan filmi izləyə bilərlər.
Filmə bilet əldə etmək istəyənlər Park Cinema’nın Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.