Biləsuvar rayonunda mədəniyyət müəssisələrinə baxış keçirilib
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də Biləsuvarda vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.
Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub.
Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbələri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına (qəbir abidələr) da baxış keçirilib.