AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə İƏTPA-nın şöbəsi yaradılacaq

  • + A
  • - A
  • 24-04-2021, 13:33



    İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələrin parlamentlərinə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) üzv olmaq hüququ verilir.

    APA-nın məlumatına görə, bu, Milli Məclisin aprelin 27-də keçiriləcək iclasında təsdiq olunmaq üçün müzakirəyə çıxarılacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsində əksini tapıb.

    Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir.

    Sənədə əsasən, Assambleya İƏT-ə üv ölkələrin milli parlamentlərini təmsil edən – spikerlər-sədrlər və deputatlardan ibarət olmalıdır. Hər bir parlamentdə assambleyanın bir şöbəsi yaradılır və parlamentin spikeri/sədri müvafiq olaraq bu bölmənin rəhbəri olur. Sədr tərəfindən təyin edilən baş katib və ya istənilən digər rəsmi şəxs bu bölmənin katibi olur.

    Beləliklə, nizamnamə təsdiqləndikdən sonra müvafiq olaraq Milli Məclisdə də assambleyanın bir şöbəsi yaradılmalıdır.

    Nizamnamədə bildirilir ki, ümumi konfransın təsdiqləməsi ilə istənilən digər bir parlament və ya təşkilata müşahidəçi statusu verilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR