AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili. Yeni dəlillər

  • + A
  • - A
  • Bu gün, 10:16

    ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili. Yeni dəlillər


    ABŞ və İran arasında sabah, cümə günü imzalanacaq anlaşma memorandumunun tam mətni mətbuata sızdırılıb. Sənəddə diqqət çəkən bir neçə kritik məqam:

    1. Livan tələsi və İsrailə küncə sıxışdırma cəhdi

    İsrail Ordusunun Livanın cənubundan çıxarılması barədə birbaşa öhdəlik qoyulmasa da, mətndə buna dolayısı ilə eyham vurulur: “ABŞ və müttəfiqləri hazırkə müharibədə… Livanın ərazi bütövlüyü və suverenliyinə təminat verməyi öhdəliyini götürürlər”. Bu bənd yaxın gələcəkdə İsrailin başını çox ağrıdacaq — Vaşinqtonun qoşunları geri çəkmək üçün Təl-Əvivə ciddi siyasi təzyiq göstərəcəyi şəksizdir.

    Maraqlıdır ki, bu bənd Baş nazir Netanyahunun və Müdafiə naziri Katsın bu həftə İsrailin Livan da daxil olmaqla sərhədyanı bufer zonalarını əldə saxlayacağı barədə bəyanatlarından dərhal sonraya təsadüf edir. Memorandumun mətni ilə Amerikanın bu təzyiqlərinin Netanyahu və Katsın dikbaş bəyanatları ilə necə uzlaşacağı hələ də suallar doğurur. Sazişin Livanla bağlı dumanlı təsviri İsrail diplomatiyasına manevr imkanı saxlasa da, effektivliyini demək olar ki sıfıra endirir. Çünki sənədin hər bəndindən İsrailin dərin narahatlığı və rəsmi Təl-Əvivin sazişin mətninə təsir etmək, milli təhlükəsizlik maraqlarını qorumaq məsələsində tam iflasa uğradığı açıqca görünür.

    2. İranın vaxt qazanmaq taktikası

    Yekun saziş (bura nüvə bəndi də daxildir) üzrə danışıqlara 60 gün vaxt qoyulub, lakin “tərəflərin qarşılıqlı razılığı ilə müddətin uzadıla bilməsi” şərti var. Əsl təhlükə də elə bu “diplomatil ifadələrin” arxasında gizlənir: Tehranın vaxtı uzatmaq üçün hər yola əl atacağı gözləniləndir. Bu arada isə SEPAH heç şübhəsiz ki, pərdəarxası yollarla nüvə proqramında həlledici sıçrayışa çalışacaü.

    3. Hörmüz boğazının İrana peşkəş edilməsi

    Daha bir dramatik məqam: İran gələcəkdə Hörmüz boğazına nəzarəti ələ keçirmək üçün ABŞ-dan faktiki olaraq yaşıl işıq alır. Memoranduma görə, boğaz sahili ölkələr olan İran və Oman gələcək inzibati qaydaları və dəniz xidmətlərini birgə müəyyənləşdirəcəklər. Yəni ABŞ Hörmüz boğazındakı status-kvonu qaytara bilmədiyi azmış kimi, vəziyyəti daha da pisləşdirib.

    Bu bənd İrana boğaza tam nəzarət etmək və gəmilərdən rüsum haqqı toplamaq imkanı verəcək. Bu bənd tam mənası ilə kapitulyasiyanı təcəssüm etdirir!

    4. Uranın taleyi: Vaşinqtonun bəri başdan ağ bayraq qaldırması

    Zənginləşdirilmiş urana gəldikdə, təbii ki, İranın onu hansısa mərhələdə ölkədən çıxarmaq və ya kiməsə təhvil vermək öhdəliyi yoxdur. Mətndə qeyd olunur ki, bu məsələ yekun sazişdə həllini tapacaq və “bunun üçün minimum metod materialın MAQATE nəzarəti altında yerindəcə seyrəldilməsi olacaq”. Yəni ABŞ öncədən təslim olur və zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsini tələb etməyəcəyini, sadəcə “seyrəltmə” barəsində kompromisə razı olduğunu bəri başdan göstərir. Uran İranda qalacaq, bu isə iranlılara prosesi uzatmaq, sabotaj etmək, gözdən pərdə asmaq və əllərindəki uranla gizli manipulyasiyalar etmək üçün geniş qapı açır.

    5. Sənəddə yer almayan "qırmızı xətlər"

    Təbii ki, mətndə İranda uranın zənginləşdirilməsinin dayandırılması, nüvə obyektlərinin sökülməsi, ballistik raketlər və ya Yaxın Şərqdəki İranyönümlü proksi şəbəkələrinin maliyyələşdirilməsinin kəsilməsi barədə bir kəlmə belə yoxdur.

    6. Boşluqlarla dolu keçid dövrü

    Yekun saziş imzalanana qədərki dövr üçün İranın öz nüvə proqramı ilə bağlı geniş imkanların nəzərdə tutduğu bənd də
    əlavə olunub. İfadə belədir: “nüvə proqramının hazırkı vəziyyətini qorumaq”. Hazırkı vəziyyəti qorumaq nə deməkdir? İranın indiyədək əldə etdiyi 60%-lik səviyyədə, sadəcə faizi artırmadan uranın zənginləşdirməyə davam etməsi mümkündürmü? İranlıların əl-qolu açılacaq, və Tehran öz nüvə proqramını davam edərkən bu bəndə istinad edəcək!

    7. İranın hərbi xərcləri artacaq

    İranlıların əldə edəcəkləri milyardlarla dollarların xərclənçəsinə heç bir məhdudiyyət qoyulmur. Bu pulların hərbi deyil, mülki məqsədlərə yönəldiləcəyinə dair sənəddə heç bir öhdəlik, hətta formal bir bənd belə yoxdur: “Vəsaitlər, İran Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş hər hansı yekun benefisiara ödəniş edilməsi üçün tam formada əlçatan olacaq”.

    Kobud desək, iranlılar istəsələr, alacaqları yüz milyardlarla dollarları birbaşa hərbi xərclərə yönəldə bilərlər. Və ABŞ-ın Tehrana bu məsələdə mane olması bu sənədə əsasən mümkünsüz görünür…

    Qeyd: Məqalə jurnalist Eynulla Fətullayevin sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR