AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq-iqtidar birliyi: Hakimiyyətin təkərinə çomaq soxan kimdir? - Təfsilat

  • + A
  • - A
  • 8-05-2017, 09:54

    Xalq-iqtidar birliyi: Hakimiyyətin təkərinə çomaq soxan kimdir? - Təfsilat
















    Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur.

    Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.

    Bu barədə verdiyi xəbərə görə, Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir.

    Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.

    Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar.

    Xüsusilə, Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub.

    Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

    Hakimiyyətin real siyasəti bəzi dairələrin ürəyincə deyil. Onlar zaman-zaman ölkədə sabitliyi pozmağa çalışır.

    Buna şərait yaradan amillər də var. Məsələn, məmur özbaşınalığı, bürokratik əngəllər, rayonlarda insanların hüquqlarının tapdanması narazılıq yaradır.

    Nəticədə iqtidara təzyiq etmək üçün real imkanlar yaranır. Ona görə də ölkə rəhbərliyi islahatları sürətləndirib.

    “Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Amma kimlərinsə bizim müstəqil siyasət aparmağımızdan xoşu gəlmir.

    Bu barədə Ulus.Az-ın verdiyi xəbərə görə, bu onları qıcıqlandırır və istər-istəməz müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri də olur.

    Səbəb də məhz odur ki, biz müstəqil siyasət aparırıq və Azərbaycan xalqının maraqlarını qoruyuruq. Bu bizim üçün hər şeydən üstündür.

    Bu, tarixi məqamdır və bunu yadda saxlamalıyıq”. Bunu prezident İlham Əliyev çıxışlarının birində bəyan edib.

    Hər bir dövlət siyasət meydanının daha geniş olmasını istəyir. Prezidentin səsləndirdiyi fikirlər ən müxtəlif məsələləri əhatə edir.

    Siyasi məsələlər, regionla bağlı geo-strateji vəziyyət elədir ki, Azərbaycana çərçivə cızmaq istəyənlər var. Avropa dövlətləri tərəfindən də bizə çərçivələr təqdim olunur.

    Daxildə də iqtisadi və siyasi məsələlərlə bağlı təzyiqlər ola bilər. Azərbaycana qarşı bəzi qüvvələr insan haqlarından istifadə edərək təzyiq etməyə çalışırlar.

    Azərbaycanda aparılan siyasət, qanunun aliliyi onların iddialarını əllərindən alır. Ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır.

    Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR