AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oliqarxın brilliant dükanının bağlanmasında “Milyarderlər ittifaqı” izi - Şok təfərrüat

  • + A
  • - A
  • 23-05-2017, 10:26

    Oliqarxın brilliant dükanının bağlanmasında “Milyarderlər ittifaqı” izi - Şok təfərrüat

















    Məşhur azərbaycanlı oliqarx, "PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır

    Onun Rusiyada şərti adı “Milyarderlər ittifaqı” kimi qruplşamada olduğu barədə şübhələr var. Hakimiyyətin onun fəaliyyətindən xəbər tutduğu deyilir.

    Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı İbrahim Nehrəmli və başqa iş adamları kimi "Beynəlxalq Bank” işində cəncələ keçmişdi.

    Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes "imperiyası” çökməkdədir.

    Bu barədə bakipost.az-ın əldə etdiyi xəbərə görə, oliqarxa məxsus brilliant mağazası fəaliyyətini dayandırıb.

    "PNN Group”un tərəfdaşlarından olan məşhur "De Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən mağazası artıq bağlanıb.

    Şirkətin 2013-cü ildən Bakıda satışını həyata keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir. Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi göstərilir.

    Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.

    Ulus.Az-ın verdiyi məlumata görə, N.Piriyevin Abbas Abbasov, Söyün Sadıqov və başqaları ilə əlaqələrinin olub-olmadığı təftiş edilir.

    Rusiya ilə münasibətlərin gərginləşdiyi bir vaxtda Piriyevin Bakıda dükanını bağlanması təkcə iqtisadi səbəblərə görə olmaz.

    İş adamının bir müddət əvvəl açdığı "Port Baku Mall”da yerləşən dünyaca tanınmış "WH Smith book-café” fəaliyyətini ötən il dayandırıb.

    "De Beers” brendi isə Bakıda 2013-cü ilin fevral ayından fəaliyyət göstərirdi. Mağazanın işləri ilə əsasən "PNN Group”un digər ortağı, Nizami Piriyevin oğlu Nəsib Piriyev məşğul olurdu.

    "PNN Group”un əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir. "PNN Group” "De Beers”lə yanaşı, "Hamley's” brendinin də tərəfdaşıdır.

    Ötən il isə mətbuatda 2015-ci ilin əvvəlindən bəri fəaliyyətini dayandıran və N.Piriyevə məxsus "Metanol” zavodunun SOCAR-a satıldığı ilə bağlı xəbərlər yayılmışdı. Zavodun satılmasına səbəb kimi isə külli miqdarda borcunun olması göstərilirdi.

    Məlumatlarda qeyd olunurdu ki, N.Piriyevin zavodun inşasına 450 milyon dollar xərclədiyi barədə məlumatlar var.

    Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər edən zaman tanış oldu.

    Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR