AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslamiada sonrası: hökumət FHN-nin ardınca bu qurumları ləğv edəcək - Siyahı

  • + A
  • - A
  • 24-05-2017, 10:06

    İslamiada sonrası: hökumət FHN-nin ardınca bu qurumları ləğv edəcək - Siyahı

















    Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib.

    Yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanacaq.

    “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi də gözlənilir.

    Onların bazasında Dövlət Su Agentliyinin yaradılması, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi də deyilir.

    Dövlət strukturlarının birləşməsi təkcə adıçəkilən qurumlarda deyil, ümumilikdə bütün sahələri humanitar, təhsil, səhiyyə, mədəniyyət, elm, siyasi idarəetmə institutlarını da əhatə edəcək.

    Bu islahatlar ölkədə daha effektiv idarəetmə sistemini nəzərdə vitse-prezidentlik institutuna uyğun şəkildə həyata keçiriləcək. Və bu islahatlar tədrici qaydada həyata keçiriləcək.

    Artıq zamanı çatdığından Mədəniyyət və Turizm Nazirliyinin də ləğv edilərək, başqa bir nazirliklə birləşdirilməsi razılaşdırılıb.

    Hakimiyyət dairələri ləğv etmək və yeni qurumların yaradılması məsələsində islahatları davam etdirməkdə də israrlıdır.

    Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb ki, Azərbaycanda bir neçə enerji qurumunun birləşdirilməsi təklif olunur.

    İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bir vahid mərkəzə çevrilə bilər.

    Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib. Onsuz da Azərenerji ASC Azərişıq ASC-nin tabeliyində fəaliyyətdədir.

    Qərara alınıb ki, digər qurumlar da ondan fərqlənmir və struktur isalahatları başlansın. Adıçəkilən enerji qurumlarının ləv edilərək bir ASC tərkibində işləməsi məsləhət görülüb.

    “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bu günə kimi müstəqil şəkildə ciddi bir iş həyata keçirməyib.

    Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir.

    Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR