AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqtondan Bakıya uzanan əl: Trampın gizli işlərində Ziya Məmmədov və ətrafının adı hallanır

  • + A
  • - A
  • 24-05-2017, 14:07

    Vaşinqtondan Bakıya uzanan əl: Trampın gizli işlərində Ziya Məmmədov və ətrafının adı hallanır

















    Qara buludlar Amerika Birləşmiş Ştatlarının (ABŞ) qalmaqallı prezidenti Donald Trampın başı üzərindən dağılmaq bilmir

    Trampın Rusiya ilə əlaqələrini araşdıran ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Mülleri vəzifədən uzaqlaşdırması bu məsələni daha da qabardıb.Siyasi analitiklər Trampın bu addımını “şübhələri öz üzərinə çəkir” şəklində şərh edir.Bu baxımdan müxalifətdə olan güclərin, eyni zamanda Trampı qəbul etməyən respublikaçıların, bir sıra senator və konqresmenlərin iştirakı ilə müstəqil istintaqın keçirilməsi gündəmə gəlib. Nəzərə almaq lazımdır ki, məsələ çox ciddidir və ABŞ prezidentinin impiçmentinə səbəb ola bilər.

    Bütün bunlarla yanaşı bu günlərdə FTB-nin sabiq direktoru Robert Müller prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunub. O, Trampın Rusiya ilə birbaşa və dolayısı təmaslarına dair bütün faktları, o cümlədən, onun biznes sövdələşmələrini araşdıracaq. Trampın əlaqələrini müstəqil prokurorun araşdırmasına qərar verməklə, ABŞ Konqresi məsələnin ciddiliyini bir daha vurğulamış oldu.Qeyd edək ki, Müllerə verilən müstəqil prokuror statusu onun Trampın bütün təzyiqlərindən qorunmasına hesablanıb.

    Amerika mediası yazır ki, Robert Müllerin təhqiqat hədəfində Azərbaycanın bir vaxtlar ən qüdrətli biznes imperiyasına sahib olan Məmmədovlar klanı ilə Bakıda “Trump Hotel”in açılmasına dair qalmaqallı sövdələşmə də yer alır.Bu məsələ uzun zaman mətbuatın və ictimaiyyətin gündəmində yer alıb.Nəqliyyat Nazirliyinin ləğv olunmasından sonra təsir imkanları xeyli məhdudlaşan Ziya Məmmədovun “qaranlıq sövdələşmələri” yenidən gündəmə gəlib. Qeyd edək ki, bir müddət öncə Donald Trampın rəhbərlik etdiyi şirkət Məmmədovlarla olan 2 illik sövdələşmələrinə xitam verdi. Məmmədovların sövdələşmənin ləğvindən sonra ümidlərinin üzərindən xətt çəkildi.4 ildən çoxdur Bakının mərkəzində yerləşən, Məmmədovların inşa etdiyi “Tramp Hotel”in hələ də fəaliyyətə başlamaması bu kimi amillərlə bağlıdır.Ziya Məmmədovun nazir olduğu zamanlarda sahib olduğu yüksək nüfuz və təsir imkanları o zaman bu cür məlumatların yayılmamasına müəyyən qədər təsir göstərə bildi.Ancaq sonradan məlum oldu ki, Ziya Məmmədov “Garant Holding”dən başqa, dövlətin balansında olan bir sıra tenderlərə müdaxilə edərək gəlir əldə edib.Əslində hər zaman müzakirə predmetinə çevrilən “Garant Holding”in “suyunun” haradan gəlməsi məsələsi də məhz bu faktların yayılması ilə gün üzünə çıxdı.Bir müddət öncə Norveç məhkəməsində korrupsiya faktı ilə gündəmə gələn Ziya Məmmədov bu gün də ABŞ prokurorunun gündəmində yer alır.Təbii ki, bu proseslərə müdaxilə etməyə Ziya Məmmədovun nə nüfuzu, nə də gücü yetər.ABŞ prezidenti Donald Trampın müdaxilə edə bilmədiyi prokurora Ziya Məmmədovun təsir edəcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil.

    Bu prosesin sabiq nazirin və rəhbərlik etdiyi biznes imperiyasının çərçivəsindən kənara çıxacağı aydın görünür.Bu araşdırmanın genişmiqyaslı olacağı əvvəlcədən bəlli idi. Artıq proses başlayıb və yəqin ki, müstəqil prokuror təyin edilən Müllerin əlində kifayət qədər təkzibolunmaz faktlar var. Ancaq Ziya Məmmədov haqqında veriləcək hər hansı bir qərar onun ətrafına da təsirsiz ötüşməyəcək. Belə ki, bu gün Azərbaycan hökumətində “kreslo” sahibi olan, bu və ya digər formada Ziya Məmmədova bağlılığı bilinən nazirlər, icra başçıları, məmurlar və digər nüfuzlu şəxslər kifayət qədərdir.

    Ziya Məmmədovun hədəfdə olması, xüsusilə də okeanın o tayından gələcək xoş olmayan xəbər sabiq nazirin iqtidardakı digər adamlarını hədəfə gətirəcək.Zamanında Ziya Məmmədova yaxınlığı olduğu üçün “vurulması” mümkün hesab olunmayan nazirlər, məmurlar bu gün ən real hədəf kimi görünür.Yaxın zamanlarda ABŞ-da başladılan prosesin yekunlaşacağı gözlənilir. Bu baxımdan Ziya Məmmədovdan başqa daha kimilərin bu “haqq-hesabdan pay alacağı”nın şahidi olacağıq. İlk hədəf Məmmədovun iqtidarda təmsil olunan nazir qohumları, icra başçıları və digər yüksək rütbəli məmurlar olacaq. (cebhe.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR